Xanım nazir Peru prezidentini köpək adlandırıb
07.03.2017 678 0.0 0

Venesuelanın xarici işlər naziri Delsi Rodriges Peru prezidenti Pedro Pablo Kuçinskini qorxaq və köpək adlandırıb.

 

Qazeta.info- nun APA-ya istinadən verdiyi məlumata görə, Peru prezidenti ABŞ-a səfəri zamanı Latın Amerikasını ABŞ-a problem yaratmayan yaraşıqlı itə bənzədib.

 

“Cənab Kuçinski, siz qorxaq və Amerika imperializminə xidmət edən yeganə xoşagələn köpəksiniz”, – deyə D. Rodriges söyləyib.

 

D. Rodrigesin sözləri rəsmi Limanın kəsin reaksiya və etirazına səbəb olub. Peru XİN Karakasdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb və prezidentin ünvanına bu kimi ifadələrin işlədilməsini qəbuledilməz adlandırıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar