Xamneyidən kəskin bəyanat
14.05.2015 1138 0.0 0

İran İslam respublikasının ali dini lideri Əli Xamneyi Səudiyyə Ərəbistanına qarşı kəskin bəyanatla çıxış edib. 

Məlumata görə, bu barədə xəbəri ali dini liderin mətbuat mərkəzi yayıb. Bildirilir ki, İraq prezidenti Fuad Məsumu qəbul edən Xamneyi regionda baş verən hadisələri dəyərləndirib. Dini lider Səudiyyə Ərəbistanının səhv etdiyini və axmaqca bir addım atdığını deyib. 

“Ən qısa zamanda Yəməndə günahsız insanların öldürülməsi dayandırılmalıdır. Yəmən hadisəsi, rəsmi Riyadın qərar mexanizminin müdriklikdən uzaq və cahil düşüncəyə malki olduğunu göstərir. Səudiyyə Ərəbistanının Yəmənə hücum səbəbi axmaqcadır. Onlar, istefa edərək qaçan və ən həssas dövründə ölkəsinə xəyanət edən sabiq prezidentin tələbi ilə Yəmənə giriblər. Səudiyyə Ərəbistanı Yəməndə böyük səhvə yol verdi. Yəməndə işlədiyi cinayətin izləri bir gün Səudiyyə Ərəbistanının yaxasından yapışacaq.” – deyə Xamneyi bəyanatında bildirib. 

Bundan başqa, regional məsələlərdə İraqın da təsir qüvvəsinə malik olduğunu deyən ali dini lider, İraqda istiqrarın gücləndirilməsi üçün bu ölkəyə hər cür yardımı göstərməyə hazır olduqlarını ifadə edib. 

İraq prezidenti Fuad Məsum isə ölkəsinə göstərdiyi hər cür yardıma görə, Əli Xamneyiyə təşəkkürünü bildirib. 

“İraq xalqı və hökuməti İŞİD hücumlarının intensivləşdiyi bir vaxtda İranın ölkəmizə etdiyi yardımları heç bir vaxt unutmayacaq. Suriyada olan İŞİD-lə İraqda olanın heç bir fərqi yoxdur. Çünki İŞİD bütün region və dünya üçün ortaq təhlükədir”. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar