Xalq artisti Yaşar Nurinin anım tədbiri keçiləcək
17.11.2015 532 0.0 0

 

       Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi milli teatr tariximizə dair materialların toplandığı və qorunduğu məkandır. Muzeyin fondunda səhnə sənətimizə dair çoxlu sayda orijinal materiallar–müxtəlif tamaşalardan fotolar, proqram və afişalar, əlyazmalar, memorial əşyalar, tamaşalara çəkilmiş geyim və dekorasiya eskizləri, səs yazıları və s. saxlanılır. Təsadüfi deyil ki, muzey 2004-cü ildə “ Teatr tarixinə dair materialların toplanması və qorunması” nominasiyasına görə Teatr Xadimləri İttifaqı tərəfindən təsis olunmuş “Qızıl Dərviş” mükafatına layiq görülmüşdür.

     Bununla yanaşı muzeyimizdə daima teatr korifeylərimizə həsr olunmuş anım günləri, xatirə gecələri də keçirilir. Yaxın günlərdə Xalq artisti, teatr və kino sənətimizin görkəli nümayəndəsi Yaşar Nurinin şəxsi arxivi sənətkarın ailəsi tərəfindən muzeyə hədiyyə edilmişdir. Bu arxiv əsasında muzeyin ekspozisiyasında aktyora həsr olunmuş guşə yaradılmışdır.

  Qazeta.info   Mədəniyyət və Turizm Nazirliyinə istinadla bildirir ki, noyabr ayının 20 –də Yaşar Nurinin muzeydə keçiriləcək anım günündə tədbir iştirakçıları fonda daxil olmuş şəxsi arxiv əşyaları və guşə ilə tanış olacaqlar. Həmçinin qonaqlara aktyorun yaradıcılığını əks etdirən video çarxlar nümayiş etdiriləcək, yaxınları və sənət dostları onunla bağlı xatirələrini söyləyəcəklər.

     Tədbirə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Teatr Xadimləri İttifaqının, Bakı teatrlarının rəhbərlikləri, teatr tənqidçiləri, rejissor və aktyorlar, Yaşar Nurinin ailə üzvləri, tələbələr, muzey əməkdaşları və media nümayəndələri dəvət olunublar.

   Tədbir 20 noyabr 2015-ci il saat 1200-da Muzeyin ekspozisiyasında keçiriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar