Xalq artisti: «O, MTN-ə oğlumun həbsini sifariş verib»
20.10.2015 891 0.0 0

“İl yarımdır evimdən zinət əşyalarımı, geyimlərimi, pulumu oğurlayıb. Məni zəhərləməyə çalışıb, psixotrop maddələr verərək xəstələndirib”

Köməkçisi Mehriban Hüseynovanın həbs olunması ilə bağlı məlumat verən Xalq artisti İlhamə Quliyeva baş veən hadisə ilə bağlı yeni maraqlı iddialar irəli sürüb.

Xalq artisti İlhamə Quliyeva  bildirib ki, sadaladıqları fikirlər əsaslıdır. Belə ki, onda Mehriban Hüseynovanın dərman sifariş verərkən qeydə alınmış lent yazısı belə var: “Məndə olan lent yazısında hətta həkimlə mən yatan yerdə damarıma necə hava vurub öldürmək istədiklərindən bəhs edən danışıqları da var.”

Xalq artisti köməkçisini dələduzluqda da ittiham edib: “O, saxta vəsiyyətnamə hazırlayıb. Evimdən 5500 manat pul oğurlayıb fırıldaqçılara verib ki, mənim imzamı sənədə həkk etsinlər. Həmin sənədə görə, guya mən öləndən sonra bütün mülkiyyətim, ev-eşiyim, pulum o qadına qalmalıdır.”

 


Mehriban Hüseynova-İlhamə quliyevanın köməkçisi


İlhamə xanım köməkçisinin bu işləri tək icra etmədiyini iddia edir: “Bu işdə onun Tofiq adlı ərinin, Xatirə adlı rəfiqəsinin də əli var. Mehriban həmişə deyirdi ki, MTN-nin agentidir, oranın tapşırıqlarını yerinə yetirir. Bilirəm ki, ayda bir dəfə MTN-nin qabağına gedib Amil adlı adamdan 50-100 manat pul alırdı. Bunu Kəmalə adlı rəfiqəsi ilə danışığından bilirəm. Həmin o rəfiqəsini tutmuşdular, amma 48 saatdan sonra buraxdılar.”


Xalq artisti iddia edir ki, köməkçisi onun oğlu Orxana qarşı sui-qəsd təşkil edib: “O, MTN-də işlədiyi iddia edilən Amillə telefon danışığında oğlumun həbsini sifariş verib. Telefon danışıqlarında deyir ki, Orxanı tutdurandan sonra onu öldürtdürəcəyəm ki, İlhamənin başqa varisi qalmasın”.

 

İlhamə xanım köməkçisini necə işə götürdüyünü də xatırlatdı: “Bir dəfə rəfiqəmlə işə obyektlərinin birində çay içirdik. Bu qadın da orada kartla fala baxırdı. Mən də o zaman rayona dövlət tədbirinə hazırlaşırdım. Maraqlı gəldi deyə, dedim ki, qoy, kart açıb səfərim haqqında desin. O da hər şeyin yaxşı olacağını dedi və yalvardı ki, icazə verin, sizinlə gedim, kömək edim. Elə o gedən il yarımdır ki, mənə yapışıb. Qovalayırdım da getmirdi. Ayaqlarıma düşüb yalvarırdı ki, məni qovmayın, biabır etməyin.”

İlhamə Quliyeva iddia edir ki, Mehriban xanımın bu qanunsuz hərəkətləri ilə üzləşən şəxs tək o deyil. Belə ki, o, evində çalışdığı başqa insanlara da oxşar zərbə vurubmuş: “Əksəriyyətinizin yaxşı tanıdığı Həzrəti Sabirin nökəri olub. Elə onu da Mehriban şərləyib tutdurub. Əminəm ki, istintaq zamanı bu məsələ də ortaya çıxacaq.”

 


Həzrəti Sabir-ekstrasens

Özünü "Həzrət Sabir" kimi təqdim edən 48 yaşlı Sabir Abbasov öz qulluq mövqeyindən və vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olub.O , hazırda həbsdədir.

Mehriban Hüseynovanın hazırda təcridxanada olduğunu deyən İlhamə xanım sabah onun dindiriləcəyini və üz-üzə gələcəklərini bildirdi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar