Xalq artisti Fuad Poladovda xərçəng xəstəliyi aşkarlanıb
19.09.2017 827 0.0 0

“Artıq üç aydır mənə ağciyər xərçəngi diaqnozu qoyulub. Səs tellərimdəki problem də bu xəstəliklə bağlı olub”.

 

Qazeta.info bildirir ki, bunu APA-ya açıqlamasında xalq artisti Fuad Poladov deyib.

 

Onun sözlərinə görə, hazırda müalicəsi davam edir: “Mütəmadi müalicə alıram. Milli Onkologiya Mərkəzində qeydiyyatdayam. Ümid edirəm ki, tezliklə sağalacağam. Xarici ölkədə müalicə almaq fikrim yoxdur. Çünki mənə dedilər ki, dünyanın ən gözəl həkimləri və avadanlıqları bizim Milli Onkologiya Mərkəzində var. Öz həkimlərimizə inanıram".

 

 

***

 

11.42

 

Xalq artisti Fuad Poladovda xərçəng xəstəliyi aşkar olunub.

 

Bu barədə APA-ya Milli Onkologiya Mərkəzindən məlumat verilib.

 

Mərkəzdən bildirilib ki, xərçəng Fuad Poladovun ağciyərinin sol payında aşkarlanıb. Xalq artisti iyulun 12-də Milli Onkologiya Mərkəzində qeydiyyata alınıb: “Fuad Poladov sonuncu dəfə avqustun 30-da I Kimyaterapiya Şöbəsində yataq şəraitində müalicə alıb”.

 

Qeyd edək ki, xəbəri ilk olaraq APA TV yayıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar