Xaçmazda selin fəsadları aradan qaldırılır-VİDEO
03.09.2016 586 0.0 0

Xaçmazın Qarğalıq kəndində selin fəsadları aradan qaldırılır. APA TV-nin şimal bürosunun məlumatına görə, kənddə  təbii fəlakətin ciddi zərər vurduğu 12 yaşayış evindən 6-da sel suları xüsusi nasoslar vasitəsilə təmizlənib.

 

Bunun üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının 30 nəfər canlı qüvvəsi və 3 texnikası cəlb olunub. Evlərin zirzəmilərinə dolan təqribən 1 metr hündürlüyündəki suyun çəkilməsi üçün 9 nasosdan istifadə edilir. Kəndin içməli su təminatında yaranan problemi aradan qaldırmaq üçün yaşayış məntəqəsinə xüsusi su daşıyan maşınlar cəlb olunub.

 

Qeyd edək ki, sentyabrın 1-dən 2-nə keçən gecə şimal bölgəsinə yağan güclü yağış nəticəsində yaranan sel Xaçmaz rayonunun bir sıra kəndlərində ciddi fəsadlar törədib. Qaraçayın məcrasından çıxması nəticəsində rayonun Qarğalıq və Qarabağlı kəndlərində sel suları evləri və təsərrüfat sahələrini basıb. 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar