Xəzərin Türkmənistan sektorunda meyiti tapılan neftçi dəfn olunub-FOTO
28.12.2015 590 0.0 0

 "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşən və meyiti ötən gün tapılan neftçi İman Qasımov Lökbatan qəbirstanlığında dəfn olunub. Qazeta.info "Report"-a istinadla  xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, həmçinin "Azneft"in rəhbərliyi və SOCAR-ın digər nümayəndələri iştirak edib. Mərasimə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da qatılıb.
Xatırladaq ki, neftçinin meyiti dekabrın 27-də Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmişdi. Hazırda itkin düşən 22 neftçinin axtarışı davam edir. 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar