Xəzərdə 2 balıqçı itkin düşüb
12.11.2017 814 0.0 0

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün səhər saatlarında Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxımış Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlu geri qayıtmamışlar.

Qazeta.info FHN-in mətbuat xidmətinə istinadla bildirir ki, yaxınlarının verdiyi məlumata əsasən, onların olduğu qayıq çevrilmiş vəziyyətdə dənizdə aşkarlanaraq sahilə çıxarılmışdır. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xəzər Hövzə Qəza-xilasetmə Xidməti və digər aidiyyəti dövlət qurumları məlumatlandırılmışdır.


Teqlər:Xəzər

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar