Xəzərə düşən qırıcının pilotu sabiq dövlət müşavirinin kürəkənidir
25.07.2019 658 0.0 0

Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizində qəzaya uğraması nəticəsində itkin düşən pilotun kimliyi məlum olub.

Qazeta.info Oxu.az -a istinadla xəbər verir ki, sözügedən şəxs polkovnik-leytenant Rəşad Atakişiyevdir.

Bundan başqa, o, sabiq dövlət müşaviri Qabil Hüseynlinin kürəkənidir. 

Q.Hüseynli faktı saytımıza təsdiqləyib.

 

 

Qeyd edək ki, hadisə iyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman baş verib. MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Pilotun axtarışı və xilas edilməsi üçün tədbirlər həyata keçirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar