Xəstəxana işçisi özünü asıb
25.08.2017 884 0.0 0

Tovuz rayonunda intihar hadisəsi baş verib.

 

Qazeta.info "Report"a istinadla xəbər verir ki, Qovlar Şəhər Xəstəxanasının bağbanı və qazanxanasının ocaqçısı işləyən 1979-cu il təvəllüdlü Namazov Aqil Qəzənfər oğlu özünü asaraq öldürüb.

Məlumata görə, intihar edən Namazov Aqil Qəzənfər oğlu qardaşına zəng edərək özünü öldürəcəyini və hər kəsin onu bağışlamasını istədiyini bildirib.

Qardaşı hadisə yerinə çatdıqda onu artıq asılı vəziyyətdə görüb. O, köməyə çağırdığı insanlarla birgə ipi kəsərək qardaşını özünü asdığı yerdən aşağı endirsə də, onun öldüyü məlum olub.

Yaxınlarının dediyinə görə, onun borcu və ya hər hansı bir şəxslə ədavəti olmayıb. 

Mərhumun bir yeniyetmə qızı və oğlu var.

Fakla bağlı araşdırma aparılır.

 


Digər xəbərlər:
Şərhlər
avatar