Wi-Fi dövrünün sonu çatır
18.03.2017 2531 0.0 0

"Bloomberg" analitik agentliyi tərəfindən keçirilmiş sorğunun nəticəsinə görə, simsiz kommunikasiyalar sahəsində çalışan ekspertlərin əksəriyyəti "Wi-Fi" şəbəkəsinə ictimai giriş dövrünün sona yaxınlaşdığını düşünürlər.

ICTnews-a istinadən bildirilir ki, açıq statistik məlumatlardan məlum olduğu kimi, indi mobil cihaz istifadəçilərinin 50%-i ictimai "Wi-Fi" hot-spotlarından istifadə edirlər. Ancaq ekspertlər əmindirlər ki, artıq yaxın gələcəkdə ictimai "Wi-Fi" nöqtələrindən istifadə edənlərin sayı 33% azalacaq.

Bu, yüksəksürətli mobil giriş, məsələn, "LTE" texnologiyasının populyarlaşması ilə izah edilir. Bundan başqa, mobil operatorlar tərəfindən limitsiz trafikə malik tarif planlarının istifadəyə verilməsi "Wi-Fi" dövrünün sonunu gətirəcək.

Həmçinin "LTE-Unlicensed" texnologiyası "Wi-Fi"-ı sıxışdıracaq. 2020-ci ilədək "LTE-U" standartının giriş nöqtələrinin sayı milyondan çox olacaq./Milli.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar