Vladimir Putinin Türkiyəyə rəsmi səfəri başlayıb
03.04.2018 781 0.0 0

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə ikigünlük rəsmi səfəri başlayıb.

Qazeta.info Report”-a istinadla xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və V.Putin arasında təkbətək görüş keçiriləcək. 

Görüş R.T.Ərdoğanın iqamətgahında baş tutacaq.

Bundan başqa, iki dövlətin liderləri Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcəklər. Ankara ilə Moskva arasında əlaqələrin hazırki vəziyyəti və gələcək inkişaf perspektivlərindən danışılacaq yığıncaqda Suriyadakı son vəziyyət də müzakirə olunacaq.

Toplantıdan sonra Türkiyə ilə Rusiya arasında müqavilələrin imzalanması və prezidentlərin birgə mətbuat konfransı keçiriləcək.

R.T.Ərdoğan və V.Putin video-konfrans vasitəsi ilə Akkuyu Atom Elekstrik Stansiyasının təməlqoyma mərasiminə qatılacaqlar.

Sonra Türkiyə prezidenti rusiyalı həmkarının şərəfinə ziyafət verəcək. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar