Vladimir Putindən Allahşükür Paşazadəyə Fəxri Fərman
29.05.2015 659 0.0 0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Rusiya Federasıyası prezidenti Vladimir Putin tərəfindən təltif edilib. 

“İnterfaks-Azərbaycan”-nın verdiyi məlumata görə, şeyxülislam “Konfessiyalararası dialoq və sosial-mədəni əlaqələrin inkişafında xidmətlərə görə” fəxri fərmanla mükafatlandırılıb. 

A.Paşazadəyə fərmanı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin təqdim edib.
O, A.Paşazadənin bu işdə töhfəsinin əvəzsiz olduğunu qeyd edib.

Öz növbəsində A.Paşazadə Azərbaycan və Rusiya arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib. O, Rus Pravoslav Kilsəsinin ilk xarici yeparxiyasının Azərbaycanda açıldığını xatırladıb.

“Bu gün ölkələrimiz arasında münasibətlər davamlı əsasda inkişaf edir. Bundan başqa, xalqlarımız arasında mənəvi əlaqələr mövcuddur”, - deyə şeyx bildirib.

“Qarabağ müharibəsi illərində biz patriarx Aleksi ilə bu müharibənin dini zəminə keçməsinin qarşısını aldıq”, - deyə QMİ sədri vurğulayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar