Vladimir Putin və Ermənistan prezidenti Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər
01.03.2017 1004 0.0 0

Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də Moskvaya rəsmi səfər edəcək.

"İnterfax"a istinadən verilən məlumata görə, Sarkisyan Rusiya paytaxtında 2 gün qalacaq və Vladimir Putin ilə görüşəcək. Dövlət başçıları ikitərəfli əməkdaşlığa dair aktual məsələləri və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu məlumatı təsdiqləyib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar