Vladimir Putin superağır raketin sınaqlarını anons edib
12.04.2018 5170 0.0 0

Rusiya prezidenti Vladimir Putin 2028-ci ildə Rusiyanın superağır raketini test etməyə başlayacaqlarını açıqlayıb.

"İnterfaks"a istinadən xəbər verilir ki, V.Putin bu barədə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Kosmos" pavilyonuna baxış zamanı bildirib.

Onun sözlərinə görə, sınaqları keçirmək üçün onların planlaşdırdığı "Vostoçnı" kosmodromunda xüsusi start kompleksi yaratmaq lazımdır.

V.Putin qeyd edib ki, buraxılış kompleksi və raketin eyni anda hazırlanması üçün raket və buraxılış meydançası paralel olaraq inşa ediləcək./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar