Vilayət Eyvazov hüquq müdafiəçiləri ilə görüşüb
13.12.2021 769 0.0 0

Bu gün “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçilərini daxili işlər naziri, polis general-polkovniki Vilayət Eyvazov qəbul edib.

Qazeta.info xəbər verir ki, bu baradə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb.

R.Səfərov bildirib ki, 3 saat davam edən görüşdə nazir müavini, polis general-leytenantı İsmət Əliyev, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin əməliyyat işləri üzrə müavini, polis polkovniki Vüqar Ələkbərov və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov da iştirak etdilər. Görüşdə bir sıra məsələlər qaldırılıb, təkliflər irəli sürüldü və geniş fikir mübasiləsi aparılıb.

Görüşün təfərrüatları və nəticələri haqda “Müdafiə Xətti”nin sabah təşkil edəcəyi mətbuat konfransında məlumat veriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar