«Vikinq qatarı»nın yola salınacağı vaxt açıqlandı
09.06.2016 569 0.0 0

“Vikinq” layihəsi ilə bağlı danışıqlar gedir. Biz də o layihəyə qoşulmuşuq. Bu yol Baltik dənizindən başlayaraq Hindistana qədər uzanır”.

Məlumata görə, bu sözləri  "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirdi ki, bu layihədə çox dövlətlər iştirak edir. “Avqust və sentyabr aylarına qədər 2 qatarı Azərbaycandan göndərəcəyik". 

Azərbaycan bu layihəyə 2016-cı ilin mart ayında qoşulub. Layihə ilə bağlı “Azərbaycan Dəmir Yolları”QSC və “ADY Express” MMC-nin səlahiyyətli şəxslərindən ibarət nümayəndə heyəti Litvada keçirilən görüşdə iştirak ediblər. Həmin görüş zamanı, Azərbaycanın “Vikinq qatarı” layihəsində iştirakı, bu layihə çərçivəsində konteyner və ümumi yükdaşımaların həcminin artırılmasının perspektivləri müzakirə olunub.


Bu layihə Baltikyanı ölkələrin Xəzər dənizi hövzəsinə çıxışına təmin etməklə yanaşı, Şərq (Orta Asiya və Çin) və Cənub (Fars körfəzi və Hindistan) istiqamətlərində və əksinə yüklərin daşınmasına geniş imkanlar yaradır. Şimali Avropa (Baltikyanı, Skandinaviya və s.) ölkələrinin İran, Pakistan, Hindistan və Ərəb ölkələri ilə ticarət dövriyyəsini nəzərə alaraq Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və onun bir hissəsi olan Astara-Rəşt-Qəzvin dəmir yolu xətti nəqliyyat sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinə və tranzit yük daşıma həcminin artmasına şərait yaradacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar