VİDEO: Avtovağzalın qarşısındakı sürüşmənin - Səbəbləri açıqlandı
16.10.2015 475 0.0 0

Oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzalının Sumqayıt yolu tərəfində böyük çatlar əmələ gəldi. Dərhal ərazidə qabaqlayıcı tədbirlər görüldü. Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun əməkdaşlari həmin ərazidə tədqiqatlar aparıblar.Tədqiqatların nəticəsi maraqlı məqamları aşkara çixarıb.Görün həmin ərazidə çatlar hansı səbəbdən yaranıb.

Avtovağzalın qarşısında yaranan çatlar təbii amillərlə bağlı deyil. Coğrafiya İnstitutunun yaydığı məlumata görə, ərazidə yol çəkilərkən qüsurlara yol verilib.

İnstitun tədqiqatlarından sonra məlum olub ki, həmin yolda su ötürücü qurğular kifayət qədər tikilməyib.

Çökmə ilə bağlı ilkin ehtimallarda təbii şəraitlə bağlı fikirlərə yer verilirdi. Coğrafiya İnstitututnun şöbə müdiri Ənvər Əliyev deyir ki, Bakının relyef və torpaq xüsusiyyətləri bu iddianı aradan qaldırır./xezerxeber.com/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar