Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiqlənib- SİYAHI
01.02.2017 770 0.0 0

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 
Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, sənədə əsasən, Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının vergilər naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini
Azərbaycan Respublikası vergilər nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının vergilər naziri
Azərbaycan Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinin baş direktoru
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin baş direktoru
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin baş direktoru.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar