Vatsapdan növbəti YENİLİK
30.06.2017 802 0.0 0

Mesajlaşma proqramları arasında, özəlliklə, son zamanlarda tətbiq etdiyi yeniliklərlə istifadəçilərinin rəğbətini qazanan “Vatsap” daha öncə açıqladığı, lakin dövrəyə buraxmadığı bir özəlliyin necə istifadə olunacağı haqqında yeni bildiriş verib.

Məlumata görə, bütün dünyada pulsuz istifadə olunan və bununla da istifadəsi daha rahat olan Vatsapda bundan sonra göndərilən mesajlar geri qaytarıla biləcək.

Şirkət “Tez-tez soruşulan suallar səhifəsi”ndə istifadəçilərə verdiyi məlumatda “İPhone”, “Android” və “Windows” cihazlarında göndərilən bir mesajın geri alına biləcəyini açıqlayıb.

Belə ki, artıq “geri al” düyməsi sayəsində göndərilən bir qrup mesajı geri almaq mümkündür. Lakin bunun müəyyən zaman məhdudiyyəti var. Göndərilən mesajı sadəcə 5 dəqiqə ərzində geri almaq mümkündür. Əks təqdirdə mesaj geri gəlmir. Mesaj geri gəldikdə isə hər iki tərəfə “mesaj geri alındı” xəbərdarlığı verilir.

Çox yaxında yeniliyin tətbiq olunması ilə bu özəllik proqram istifadəçilərinin xidmətində olacaq./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar