Vaşinqtonda Obama və Ərdoğan arasında qeyri-rəsmi görüş baş tuta bilər
30.03.2016 519 0.0 0

 ABŞ prezidenti Barak Obamanın Vaşinqtonda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü baş tuta bilər. “TASS”a istinadən verilən xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Coşua Ernest bildirib.    
 
Türkiyə prezidentinin nümayəndələrinin məlumatına görə, Ərdoğan nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün  ABŞ-a yola düşəcək. Məlumata görə, səfər aprelin 2-dək davam edəcək. “İkitərəfli görüşlərdə nüvə təhlükəsizliyi ilə bağlı məsələlərlə yanaşı Paris, İstanbul, Ankara və Brüsseldə törədilmiş terror aktlarının müzakirə ediləcəyi, regional mövzular ətrafında fikir mübadiləsi keçiriləcəyi gözlənilir”, - deyə məlumatda bildirilir. 
 
Qeyd edək ki,  nüvə təhlükəsizliyi sammiti martın 31-dən aprelin 1-dək davam edəcək. Bundan əvvəl ABŞ KİV-ləri Obamanın Ərdoğanla görüşməkdən imtina etdiyini bildiriblər./apa/  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar