Vasif Talıbovdan direktor təyinatı
23.02.2018 1159 0.0 0

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinə direktor təyin edilib.

 

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

 

Bəhruz Əsgərov Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru təyin edilib.

 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 14 fevral tarixli  fərmana əsasən Naxçıvan Muxtar Respublikasının “Naxavtoyol” Dövlət Şirkətinin  əsasında Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.


Digər xəbərlər:
Şərhlər
avatar