Vasif Talıbov İrana gedib
09.06.2015 692 0.0 0

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun İranın Şərqi Azərbaycan Ostanının mərkəzi Təbrizə səfəri başlayıb.

Trend-in İranın İRİB xəbər agentliyinə istinadən verdiyi məlumata görə, V.Talıbov Təbrizdə Şərqi Azərbaycan əyaləti başçısının siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Səid Şəbestəri tərəfindən qarşılanıb.

V.Talıbov səfər zamanı Şərqi Azərbaycan valisi İsmayıl Cəbbarzadə ilə görüş keçirəcək. Görüşdə iki tərəf arasında əməkdaşlıq memorandumunun imzalanacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin həmçinin Şərqi Azərbaycan Ostanının tacirləri və iş adamları ilə də görüş keçirəcək, Təbriz Tibb Universitetində keçiriləcək tədbirdə iştirak edəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar