Van Dammın kiçik oğlu həbs edildi – FOTO
12.09.2017 712 0.0 0

ABŞ-ın Arizona ştatının Tempe şəhər polisi məşhur aktyor Jan-Klod Van Dammın kiçik oğlunu həbs edib.

 

 

TMZ nəşrinə istinadən verilən xəbərə görə, 21 yaşlı Nikolas Van Varenberq qonşusuna bıçaqla hücum etməkdə ittiham olunur.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları gəncin evindən bıçaq, qan izləri və narkotik maddə tapıblar. Van Varanberqin qonşusu isə bildirib ki, Nikolas onu polislərə qapını açdığı üçün bıçaqla hədələyib.

 

 

Hazırda Nikolas Van Varenberq polis tərəfindən saxlanılıb. 

Qeyd edək ki, Van Dammın (əsl adı Jan-Klod-Kamil-Fransua Van Varenberq) üç övladı var. Nikolas onun ikinci evliliyindən (hollivud aktrisası Darsi Linn Lya Pyerlə) olan oğludur./oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar