Vahid Mustafayevdən birlik çağırşı (VİDEO)
31.03.2015 676 0.0 0

Enerji problemi yaşanarkən paytaxt Ankarada azərbaycanlıların Soyqırımı anılırdı. ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin də iştirak etdiyi tədbirlərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasəti gündəmdə olub. Ankarada azərbaycanlıların soyqırımı ilə bağlı tədbirdə “Qarabağın səssiz harayı” filminin nümayişi planlaşdırılmışdı. Lakin işıqla bağlı yaranan texniki səbəblərdən filmin nümayişi də problemli olub.

31 mart soyqırımı Türkiyədə də anıldı. Paytaxt Ankara və İstanbul kimi iri şəhərlərdə isə anım mərasimləri daha geniş şəkildə təşkil olundu. Türkiyədə fəaliyyət göstərən səfirlərin, dövlət rəsmilərinin, ictimai xadimlərin qatıldığı mərasimdə “Qarabağın səssiz harayı” adlı filmin nümayişi nəzərdə tutulurdu.

Amma bütün ölkədə həmin vaxt yaşanan elektrik kəsintisi səbəbindən filmin nümayişində bir sıra texniki problemlər oldu.

Türkiyədəki anım mərasimlərinə qatılan ANS Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayev TRT Avaz kanalında ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım aktları, o cümlədən Xocalı faciəsi barədə məlumat verdi:

“Problemli məqam odur ki, türk dünyası bir toplum olaraq mövcuddur. Amma aralarında bir rabitənin olmaması səbəbindən, bizim bir–birimiz haqqında məlumatlar azdır. Sözsüz ki, bu isə həm bizim, həm də türk dünyasının inkişafı üçün problem yaradır. Yəni bir toplum digər toplumun problemini bilmədən həmin problemi bir daha yaşayır”.

TRT Avazda Vahid Mustafayevin “Qanlı yanvar” və “Xoca” filminin kadrları da yayımlandı. Eyni zamanda gün ərzində Türkiyənin bir çox telekanlları, o cümlədən TRT şəbəkisinə daxil olan bütün kanallarda Çingiz Mustafayevin çəkdiyi və Qarabağda, Xocalıda ermənilərin törətdiyi vəhşiliklərin əsas sübuta olan kadrlar yayımlanır.

Təsadüfi deyil ki, bu il TRT kanalı operatorlar üçün təşkil etdiyi beynəlxalq müsabiqədə Çingiz Mustafayev mükafatını təsis edib. Müsabiqəyə 89 ölkədən operator və jurnalistlər qatılıb. Onların arasından seçilən qalibə isə ilk dəfə olaraq Çingiz Mustafayev mükafatı təqdim olunacaq.

TRT Avazın direktoru Murad Akkoç da mükafatla bağlı fikirlərini bölüşdü: “Təxminən 6 ildən bu yana mükafatlandırma həyata keçirilir. Amma bu il isə istədik ki, mükafatlandırmanı fərqli bir formada keçirək. Hazırda özüm Türkiyə Haber Dərnəyinin idaretmə qurumuda təmsil olunuram. Və qərara gəldik ki, mükafatı Çingiz Mustafayev in adına təsis edək"

Müsabiqəyə Baş nazir Əhməd Davudoğlu və digər türkiyəli rəsmilərin qatılacağı planlaşdırılır./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar