Vətəndaşlar Rusiyanın Azərbaycandakı səfirliyi önünə güllər düzüblər
20.12.2016 790 0.0 0

Rusiyanın Azərbaycandakı səfirliyində bayraq endirilib.

Məlumata görə, səfirlik Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun ötən gün sui-qəsd nəticəsində öldürülməsi ilə əlaqədar onun ruhuna hörmət əlaməti olaraq bu addımı atıb.

 

Bundan əlavə, hadisə ilə əlaqədar sıravi vətəndaşlar səfirliyin önünə güllər düzüblər.

 

Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.

 

Hadisəni törədən polis əməkdaşı Mert Altıntaş təhlükəsizlik əməkdaşları tərəfindən məhv edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar