Vəhhabilərin arxasında oliqarxlar var - Şok iddia
15.10.2015 699 0.0 0

“Azərbaycanda vəhhabilərin arxasında dayanan varlı oliqarxlar var. Yüksək çinli məmurların övladları onları himayə edirlər. Bu, dövlətçiliyimiz üçün birbaşa təhlükədir. Bunun qarşısını hakimiyyət almalıdır”.

Məlumata görə, bunu “Yeni Müsavat”a müsahibəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri, ilahiyyatçı Hacı Tale Bağırzadə deyib. İŞİD təhlükəsi haqda danışan T. Bağırzadə bildirib ki, Azərbaycanda bu təhlükənin artmasını bilmək üçün MTN-in açıqlamalarına diqqət etmək lazımdır: “Yaxınlarda nazir Eldar Mahmudov İŞİD-lə mübarizədən danışdı. Demək, bu təhlükə var ki, bu cür narahat bəyanatlar verilir. Bunun da səbəbkarı mövcud hakimiyyətdir. Ona görə ki, qapıları vəhhabilərin üzünə açdı. Onlara genişlənmək üçün imkanlar yaradıldı. Nəticədə qarşılarının alınması müşkülə çevrildi. Virus kimi yayılmaqdadır. Dövlətimiz üçün təhlükədir. Ciddi siqnaldır. Azərbaycanda fəaliyyət göstərən vəhhabilərin hazırda geniş imkanları var. Bunların qarşısını niyə almırlar? Hansısa bir şiə mağaza açan kimi dərhal nəzarətə götürürlər. Amma vəhhabilərin böyük biznes şəbəkəsi var. Deyirlər ki, vəhhabiliyə qarşı mübarizə aparırıq, amma altdan dəstək verilir. Xarici qüvvələrin onlar üçün hakimiyyətə təzyiq etmələri variantı da realdır. Dövlət gəmisini idarə edən bu hakimiyyətdir. Olacaq hər bir təhlükəyə cavabdeh də hakimiyyətdir. İŞİD təhlükəsi var. Televiziyalarda buna qarşı mübarizə aparılmalıdır. Onları həbs etmək, reklam olunmaları deməkdir”./qafqazinfo.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar