Tarix: 08.12.2016,   Saat: 00:12, Cümə axşamı.          

Ürəyi möhkəmlədən, qanazlığını aradan qaldıran meyvə - FAYDALARI

Qara əncir müalicəvi meyvə sayılır. Onun müalicəvi xüsusiyyətlərini tək xalq təbabəti deyil, ənənəvi təbabət də təsdiq edir və yüksək qiymətləndirir.

 

Saglamolun.az-a istinadən bildirilir ki, "Fisin" maddəsi ilə olduqca zəngin olan qara əncir qan damarlarını təmizləyir, onları daha elastik və möhkəm edir. Bu səbəbdən qara əncir aterosklerozun və damarlarda trombların əmələ gəlməsinin əsas profilaktik vasitələrdən biridir.

 

Qara əncir qanazlığı zamanı çox faydalıdır, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürəyi möhkəmləndirir.

 

Qara əncir beynin fəaliyyətinə, beyin damarlarının vəziyyətinə çox müsbət təsir edir.

 

Bronxit, nəfəs yolları iltihabları zamanı qara əncir çox güclü müalicəvi təsir edir - nəfəs yollarını selikdən və mikroblardan təmizləyir, iltihabı azaldır.

 

Böyrək xəstəlikləri zamanı da qara əncir müalicəvi təsir edir - böyrəkləri təmizləyir, iltihabı azaldır.

 

Qara əncir insanın enerjisini artırır, insana güc verir.

 

Qara əncirin badamla qarışığı qədim zamanlardan zəiflənmiş, çəkisini itirmiş, iştahası pis olan insanlara müalicəvi və ümumi möhkəmləndirici vasitə kimi verilir./Aile.lent.az /



  Bölmə: Maraqlı | Baxış sayı: 583 | Tarix: 11.10.2016, 15:43


Xəbərlər