Universitetin qarşısında ağır qəza: 6 tələbə vuruldu
13.10.2015 1002 0.0 0

Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında “Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 6 piyadanı vurub.

Yaralanan şəxslər Klinik Tibbi Mərkəzə (KTM) gətiriliblər. Bu barədə APA-ya KTM-dən məlumat verilib. Məlumata görə, xəsarət alanların əksəriyyəti tələbədir. Yaralıların şəxsiyyətini müəyyənləşdirmək mümkün olub: 
Rzayev Fərhad (1999) 
Qarayev Əhməd Daşqın oğlu  (1995)
Səlimov Əhməd Sabir oğlu (1993)
Xəlilova Leyla Sabir qızı (1994)
Eyvazova Məryəm Əsəd qızı (1998)
Ələkbərzadə Cabir Elxan oğlu
 
Xəstəxanadan xəsarət alanların həyatının təhlükə altında olmadığı bildirilib. 
 


18.28
 Bakıda dəhşətli yol qəzası baş verib.
 
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə bu gün saat 18.10 radələrində Yasamal rayonu ərazisində, Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında qeydə alınıb. “Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 5 piyadanı vurub. Daha sonra minik maşını polis avtomobilinə çırpılıb.
 
İlkin məlumata görə, vurulan piyadalardan biri dünyasını dəyişib. Digərlərinin vəziyyəti isə ağırdır.
 
Yasamal rayon Polis İdarəsindən APA-ya qəzanın baş verməsini təsdiqləyiblər. Bildirilib ki, yol-nəqliyyat hadisəsi barədə polisə məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu çıxıb: “Qəzanın baş vermə səbəbləri, ölən və yaralananlar barədə hələlik heç bir məlumat yoxdur”


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar