UMAYRA TAĞIYEVA VƏZİFƏSİNDƏN AZAD OLUNDU
19.01.2015 972 0.0 0
Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsi Asif Verdiyevə həvalə edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva işdən azad olunub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, U.Tağıyeva yanvarın 16-da öz ərizəsi əsasında işdən azad olunub.

 

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsi ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevə həvalə olunub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar