Ukrayna Rusiyanın hərbi helikopterini və Su-25 hücum təyyarəsini vurub
26.02.2022 301 0.0 0

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın hərbi helikopterini və Su-25 hücum təyyarəsini vurub.

Bildirək ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının feysbuk səhifəsində məlumat verilib.

Qeyd edilir ki, Rusiyanın hərbi helikopteri və Su-25 hücum təyyarəsi S-300 zenit-raket kompleksi ilə vurulub.

“Gecəyarı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə məxsus S-300 zenit-raket kompleksi Birləşmiş Qüvvələr əməliyyatı bölgəsində iki düşmən hədəfini - bir helikopteri və bir Su-25 hücum təyyarəsini vurdu. Yaşasın Ukrayna zenitçiləri”, - xəbərdə deyilir./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar