Ukrayna Ombudsmanı: `Rusiya hərbçiləri uşaqları məktəbə getməyə məcbur edirlər`
11.04.2022 281 0.0 0

"Donetsk vilayətinin müvəqqəti işğal olunmuş Volnovaxa ərazisində Rusiya hərbçiləri döyüş ərəfəsində uşaqları məktəbə getməyə məcbur edirlər".

“RBK Ukraina”ya istinadən xəbər verilir ki, bunu Ukrayna Ombudsmanı Lyudmila Denisova deyib.

Onun sözlərinə görə, bu da ərazilərin azad olunmasını çətinləşdirir. “Bu halda uşaqlar qarşı tərəfin əsgərləri üçün girov və canlı qalxan rolunu oynayır. Bu, çox güman ki, Ukrayna ordusunun əməliyyatlarına mane olmaq üçündür. Eyni zamanda, onlar gələcəkdə bizi itiiham etmək üçün təxribat törətmək istəyirlər”./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar