Ukrayna MN: `Rusiyanın Ukraynadakı itkiləri 6 000-ə yaxınlaşır`
02.03.2022 280 0.0 0

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.

Bildirək ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, indiyədək 5 840 nəfər zərərsizləşdirilib, 211 nəfər əsir götürülüb.

Bundan başqa, işğalçı qüvvələrin 30 təyyarə, 31 helikopter, 211 tank, 862 zirehli döyüş maşını, 85 artilleriya qurğusu, 9 hava hücumundan müdafiə sistemi, 40 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 355 avtomobil texnikası məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - deyə məlumatda vurğulanıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar