Üç yaşlı uşağı qaçıran qadının kimliyi məlum oldu - FOTO
06.06.2019 609 0.0 0

3 yaşlı Zəhra Bağırzadəni qaçıran qadının kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, uşağın yanında olan şəxs Masallı rayon sakini Nəzərova Təzəgül Şükür qızıdır.

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları 3 yaşlı uşağı və qadını Nizami rayonu ərazisi yaxınlığında taparaq aidiyyəti üzrə polis bölməsinə gətiriblər. 3 yaşlı Zəhra qadından alınaraq, ailəsinə təhvil verilib.

İlkin ehtimala görə, uşağın həmin qadın tərəfindən qaçırıldığı təsdiqlənib. Qadının qaraçı olduğu və uşağı diləndirmək məqsədilə qaçırdığı ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır./oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar