Üç valideyni olan ilk uşaq dünyaya gəldi - FOTO
28.09.2016 1064 0.0 0

 

Meksikada DNT-si üç valideynin genetik materialından ibarət ilk uşaq dünyaya gəlib.  

Məlumata görə, körpə iordaniyalı anasının ciddi xəstəliyi səbəbindən sınaq kimi dünyaya gəlib. 

Uşağın dünyaya gələrkən ananın diaqnozunun nəticələrindən qaçınmaq üçün Con Sjan başda olmaqla alimlər daha bir qadının genetik materialından istifadə etməli olublar, bu barədə “New Scientist” məlumat yayıb. 

Həkimlər beş embrion yaradıblar, onlarda ananın standart DNT-si və donorun DNT-si atanın sperması ilə birləşdirilib. Beş embriondan biri inkişaf etməyə başlayıb, onu ananın orqanizminə yerləşdiriblər. 

Bu sınağın əsas səbəbi ana olan Liddə nadir genetik xəstəliyin olmasıdır. Hazırda qadın özünü yaxşı hiss edir, amma onun diaqnozu gələcək nəsilə də keçə bilər.

Unikal körpənin anasının bundan öncə iki uşağı olub, amma anadan onlara keçən xəstəliyə görə körpələr çox yaşamayıblar. 

Üçüncü uşaq sağ qalıb. Abrahim Həsən beş ay bundan öncə tamamən sağlam dünyaya gəlib. /oxu.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar