Türkmənistanda tapılmış neftçilərin cəsədləri vətənə gətirilib
04.01.2016 537 0.0 0

Xəbər verildiyi kimi, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmişdir.

Qazeta.info Fövqaladə Hallar Nazirliyinə istinadla bildirir ki, məlumat daxil olduqdan sonra cəsədlərin gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşən  FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıtmışdır. Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri Vətənə gətirilmiş və aidiyyətı üzrə təhvil verilmişdir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar