Türkmənistan İranı Beynəlxalq Arbitraj Məhkəməsinə verir
05.12.2017 842 0.0 0

Türkmənistan İranı Beynəlxalq Arbitraj Məhkəməsinə verir.

Türkmənistan KİV-inə istinadən bildirilir ki, ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətə məhkəməyə təqdim ediləcək sənədləri hazırlamağı tapşırıb.

Qeyd edək ki, Türkmənistanın “Turkmenqaz” Dövlət Şirkəti İrandan 1,8 milyard dollar (bəzi mənbələrin məlumatına əsasən, 2 milyard dollar) məbləğində nəql etdiyi təbii qazın pulunu tələb edir. İran tərəfi isə məbləğə yenidən baxılmasını istəyir.

Xatırladaq ki, Türkmənistan KİV-i İranla təbii qazla bağlı yaranan münaqişə barəsində ilk dəfə məlumat yayıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar