Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
22.09.2016 572 0
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Məlumata görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
“Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilən söhbət zamanı Rəcəb Tayyib Ərdoğan Rusiyada parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə Vladimir Putini təbrik edib. Söhbət zamanı həmçinin Rusiya-Türkiyə əməkdaşlığının gələcək inkişaf məsələləri və Suriya münaqişəsi müzakirə edilib”, məlumatda deyilir./apa/
Digər xəbərlər:
Şərhlər




