Türkiyə Suriyaya əlavə tanklar göndərib
25.08.2016 737 0.0 0

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Cerablus yaşayış məntəqəsində İŞİD terror təşkilatına qarşı apardığı “Firat qalxanı" əməliyyatı davam edir.
 
“Hürriyet"ə istinadən verilən məlumata görə, bu gün yerli vaxtla saat 10.30 radələrində Türkiyənin Qaziantep vilayətinin Suriya ilə həmsərhəd Karakamış qəsəbəsindən 10 tank qonşu ölkəyə daxil olub.
 
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin bölmələri avqustun 24-də saat 04.00 radələrində müxalif Azad Suriya Ordusu ilə birlikdə Cerablusun azad edilməsi əməliyyatına başlayıb. Gün ərzində Cerablus ətrafındakı 4 kənd, axşam saatlarında isə Cerablus şəhəri İŞİD terrorçularından azad edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar