Türkiyə Qazaxıstana hər cür dəstəyə hazırdır - Hulusi Akar
09.01.2022 280 0.0 0

İnanırıq ki, Qazaxıstandakı qardaşlarımız öz gücləri və imkanları ilə ölkənin üzləşdiyi bütün çətinliklərin öhdəsindən gələcəklər.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Ankara Qazaxıstanda baş verən son hadisələri diqqətlə izləyir.

"Qazaxıstan Türkiyənin mühüm müttəfiqidir və biz bu ölkədə vəziyyətin mümkün qədər tez sabitləşməsinə və asayişin bərqərar olacağına ümid edirik. Əgər Qazaxıstan Ankaraya hər hansı müraciət etsə, biz bunu tam şəkildə təqdim etməyə hazır olacağıq. Türkiyə Qazaxıstanın yanında olub və olacaq!", - deyə nazir bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar