Türkiyə prezidenti: `BMT Dağlıq Qarabağ münaqişəsini 22 ildir həll edə bilmir`
07.06.2017 681 0.0 0

“BMT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini 22 ildir həll edə bilmir”.
Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) səfirlər üçün təşkil etdiyi 10-cu ənənəvi iftar süfrəsindəki çıxışında bildirib.
“BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var. Bu istiqamədə dəyişikliyi bir çox ölkə gözləyir. Bütün problemlərin həlli 5 dövlətin iki dodağının arasından çıxan kəlmədən asılıdır. Suriya, İraq probleminin həll edə bildilərmi? Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 22 ildir həll olunmur. Həll edə bilməzlər. Çünki biri “yox” desə, məsələ həll edilməyəcək”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar