Türkiyə parlamentinin PKK-çı nazirləri- FOTO
29.08.2015 622 0.0 0

Türkiyənin baş naziri Əhməd Davudoğlu ötən gün müvəqqəti hökumətin yeni nazirlər kabinetini quraraq prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib. Məlumata görə, prezident tərəfindən təsdiq olunan yeni hökumətin tərkibində HDP üzvü olan 2 nazir də var. PKK terror təşkilatının siyasi nümayəndəliyi olan Xalqların Demokratiya Partiyasının (HDP) millət vəkili olan Əli Heydər Konca və Müslüm Doğana yeni hökumətdə vəzifə verilib. Əli Heydər Konca yeni hökumətin Avropa Birliyi naziri, Müslüm Doğan isə yeni hökumətin İnkişaf naziri təyin olunub. 

 


Əli Heydər Konca

 

Qeyd edək ki, baş nazir Əhməd Davudoğlu müvvəqəti hökumətin nazirlər kabinetini qurmaq üçün CHP-dən 5, MHP-dən 3 və HDP-dən də 3 millət vəkilinə məktub yazaraq onlara nazir olmağı təklif etmişdi. Baş nazirin bu müraciətini sadəcə MHP-dən Tuğrul Türkeş və HDP-dən Əli Heydər Konca ilə Müslüm Doğan qəbul edib. Bu 3 nəfərin xaricində olan şəxslər isə baş nazirin müraciətini qəbul etməyiblər. 

Müslüm Doğan

 

Bundan başqa Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə hicablı bir qadın nazir təyin olunub. Ayşe Gürcan müvəqqəti hökumətin Ailə və Sosial Politikalar naziri təyin olunub. /anspress/

 

Ayşen Gürcan


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar