Türkiyə parlamentində «Zazan» sözünə görə dava düşdü-Foto
20.02.2015 740 0.0 0

Türkiyə Böyük Millət Məclisində(TBMM) dava düşüb
Bu gün Türkiyə TBMM Ümumi yığıncağında Daxili Təhlükəsizlik Paketinin müzakirə olunduğu iclasda yalnış anlaşılma səbəbi ilə dava düşüb və ara anidən qarışıb.

Türkiyə mətbuatının məlumatına görə, TBMM sədri  millət vəkili Sadiq Yaqut, HDP-dən olan  Adil Zozaniyə "Zazani, Zazan" deyə müraciət edib.

 

Eyni anda söz istəyən CHP-dən olan millət vəkili Sezgin Tanrıkulu, sədr Sadiq Yaqutun ona  "Sazan" dediyini düşünərək sərt  reaksiya verib.Bu zaman vəziyyətin qarışdığını görən AKP -dən olan millət vəkili Mahir Ünal araya girib və nəticədə məclisdə əlbəyaxa savaş başlayıb.
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar