Türkiyə ordusu çoxlu sayda İŞİD silahlısını məhv edib
27.04.2016 770 0.0 0

Türkiyə ordusu  Suriya ilə həmsərhəd Kilis şəhərinə raket zərbələri endirməyə hazırlaşan  İŞİD terrorçularını zərərsizləşdirib.APATV- nin məlumatına görə, türk ordusuna məxsus T-155 "Fırtına" özüyeriyən artilleriya sistemi İŞİD-in uzaq mənzilli raket atan hərbi texnikasını vuraraq sıradan çıxarıb. Eyni zamanda əraziyə yaxın 3 mərtəbəli yaşayış binası da Türkiyə ordusu tərəfindən vurulub. Türkiyənin Müdafiə Nazirliyindən verilən məlumata görə, vurulan binada terroristlər məskunlaşıbmış. Hadisə nəticəsində ümumilikdə 11 terrorçu öldürülüb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar