Türkiyənin Sabiq prezidenti vəfat etdi-Video
10.05.2015 772 0.0 0

Türkiyənin sabiq prezidenti Əhməd Kənan Evrən vəfat edib.

Məlumata görə, Türkiyədə hərbi çevrilişlə hakimiyyətə gələrək 7-ci prezidenti olmuş Kənan Evrən dünyasını dəyişib. Bu barədə yerli mətbuat xəbər yayıb. 

Xəbərdə bildirilir ki, 98 yaşlı sabiq prezident müalicə aldığı Ankara Gülhanə Tibb Akademiyasında mayın 9-da əbədi olaraq gözlərini yumub. 

Qeyd edək ki, Kənan Evrən Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezident kimi tanınır. O, 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlib, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar