Türkiyənin keçmiş baş naziri məcburi məhkəməyə gətiriləcək
23.05.2017 767 0.0 0

Ankara Ağır Cinayətlər Məhkəməsi Türkiyənin keçmiş baş naziri Tansu Çillərin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib.
"Haber7"yə istinadən xəbər verilir ki, o, 1997-ci il fevralın 28-də dövlət çevirilişinə cəhd məsələsi üzrə dindiriləcək.
Sabiq baş nazirin şahid qismində ifadə verəcəyi məhkəmə prosesi iyulun 18-ə təyin olunub. 
Qeyd edək ki, 1997-ci ildə Nəcməddin Ərbakan Türkiyənin baş naziri, Tansu Çillər isə xarici işlər naziri olub. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar