Türkiyənin hərbi helikopteri vuruldu - İDDİA (VİDEO)
04.03.2016 946 0.0 0


İraqın şimal hissəsində Türkiyəyə məxsus helikopterin vurulduğu barədə xəbər yayılıb. Qazeta.info APA TV-nin  məlumatına əsasən bildirir ki, bu barədə informasiyanı “E-Kurd Daily” kürd nəşri yayıb.
 
Kürd silahlı dəstələrinin nümayəndələrinin iddiasına görə, İraq Kürdüstanında türk hərbi helikopteri vurulub.
 
Helikopterin terrorçuların mövqelərinə zərbələr endirərkən vurulduğu qeyd olunur. Hadisənin Türkiyə sərhədi yaxınlığında baş verdiyi bildirilir.
 
Digər iddiaya görə, hadisə zamanı altı hərbi qulluqçu həlak olub. Yazıda rəsmi Ankaranın bu barədə açıqlama vermədiyi qeyd olunur. Rusiya mətbuatı isə bu xəbərə daha geniş yer verib. Hələlik məlumat təsdiqini tapmayıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar