İŞİD İSTANBULDAN FOTO YAYDI
26.12.2014 938 0.0 0

İŞİD-in əsir götürdüyü iordaniyalı pilot bu ilin yaz aylarında İstanbula turist kimi səfər edibmiş.

Məlumata görə, İŞİD terror qruplaşması tərəfindən yayılan görüntülərdə Müəz Əl-Kəsasbanın sosial şəbəkədə paylasdığı fotolar əks olunub.

Pilotun İstanbulda "Sultanahmet" meydanında şəkil çədirdiyi məlum olub.

İordaniya hökümətindən verilən açıqlamada bildirilir ki, kral silahlı qüvvələrinin əsir götürülmüş pilotu Suriyanın Rakka şəhəri rayonunda eskadrilyanın heyətində döyüş tapşırıği yerinə yetirən zaman təyyarə İŞİD tərəfindən vurulub. 

İordaniya komandanlığı xəbərdarlıq edib ki, Suriyanın və İraqın günahsız müsəlmanlarına qarşı cinayətləri, habelə İordaniya əleyhinə terror planları ilə tanınmış bədnam İŞİD təşkilatının silahlıları əsir düşmüş pilotun həyatına görə tam məsuliyyət daşıyırlar.//
ANS PRESS

 

 


Teqlər:İŞİD İSTANBULDAN FOTO YAYDI

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar