Türkiyəli tamaşaçı: IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub
22.05.2017 586 1.0 0

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub.

Bunu Trend-ə Bakıya IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gəlmiş türkiyəli Yavuz Selimhan Gedik deyib.

O, Azərbaycanın çox gözəl təşkilatçılıq nümayiş etdirdiyini bildirib:

"Bəzi yarışlarda tamaşaçı oldum. Çox bəyəndim. IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan və Türkiyə qələbə qazandı. Fərqi yoxdur - Azərbaycan, ya Türkiyə, hər ikisi birdir. Azərbaycanın da qələbəsinə sevinirik".

Qeyd edək ki, mayın 8-də başlayan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları bu gün yekunlaşır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar