Türkiyəli nazir: `Metsamor` AES bağlanmalıdır
27.09.2016 507 0.0 0

Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyası seysmoaktiv zonada yerləşir və region ölkələri, o cümlədən Türkiyə üçün təhlükə yaradır.

 

“Anadolu” agentliyinə istinadən verilən xəbərə görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Vyanada, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında bəyan edib.

 

“Metsamor” Atom Elektrik Stansiyası bağlanmalıdır. Çernobıl qəzasından sonra dünya və region yeni atom fəlakətinə yol verə bilməz”, deyə B.Albayrak bildirib.

 

Nazir xatırladıb ki, “Metsamor” 47 il əvvəl inşa edilib: “Bu stansiya Türkiyədən cəmi 16 km aralıda yerləşir. Ümumiyyətlə, ömrünü tamamlamış stansiyaların hərtərəfli yoxlanılmasına ehtiyac var”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar